Dünya

Fətullah Gülənin yaxın adamı öldü

20 Fevral 2022 11:37
0 Şərh     Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fətullah Gülənə bağlı təşkilatın ilk idarə heyətində olduğu iddia edilən Yusuf Bekmezci 82 yaşında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, vaxtilə İzmirdə yaxalanan Yusuf Bekmezci FETÖ terror təşkilatında "kadim abi" (qədim qardaş) kimi tanınıb.

Bildirilir ki, həbsxanada saxlanılan Yusuf Bekmezci yanvarın 5-də göz əməliyyatı üçün İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Əməliyyat zamanı onun ürəyi dayanıb. Həyata qaytarılan Bekmezci reanimasiya şöbəsində müalicə olunurdu. Bekmezci bu gün saat 00:50 radələrində dünyasını dəyişib.

Qeyd edək ki, FETÖ/PDY-nin Ege bölgəsindəki maliyyəçiləri, idarəçiləri və sözdə imamlarına qarşı İzmir Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində yaxalanan Yusuf Bekmezci 17 il 4 ay həbs cəzasına məhkum edilib. 23 yanvar 2020-ci ildə ona "silahlı terror təşkilatını idarə etmək" ittihamı ilə hökm oxunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.