Dünya

Ukraynada nazirliyin və bankların saytlarına şəbəkə hücumları edilib

15 Fevral 2022 23:57
0 Şərh     Baxış: 1 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Strateji Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi çərşənbə axşamı Ukrayna Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin, həmçinin "Privatbank" və "Oschadban"kın internet saytlarına DDoS hücumu barədə məlumat verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Mərkəzin məlumatında deyilir:

"Son bir neçə saat ərzində "Privatbank" kütləvi DDoS hücumuna məruz qalıb. "Privat24"ün (bankın tətbiqi - red.) istifadəçiləri ödənişlərdə və proqramın işləməsində problemlər olduğunu bildiriblər. Bəzi istifadəçilər "Privat24"ə ümumiyyətlə daxil ola bilmir, balans və son əməliyyatlar göstərilmir. "Privat" əmanətçilərin vəsaitlərinə heç bir təhlükə olmadığına əmin edir. Kiberhücum yalnız "Privat24" tətbiqinə təsir edir. Qalan pul əməliyyatları həmişəki kimi həyata keçirilir.

"Oschadbank"ın internet bankçılığı işləmir. Müdafiə Nazirliyinin və Ukrayna Silahlı Qüvvələrinin saytları da hücuma məruz qalıb. Ola bilsin ki, təcavüzkar xırda çirkin fəndlər taktikasına əl atıb, çünki onun aqressiv planları işləmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.