Dünya

ABŞ Ukraynadan gələn vətəndaşlar üçün Polşada mərkəz açıb

15 Fevral 2022 08:53
0 Şərh     Baxış: 1 189
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynadan gələn vətəndaşlarını qəbul etmək üçün Polşanın Ukrayna ilə sərhəd yaxınlığında mərkəz açıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyi məlumat yayıb.

"ABŞ səfirliyi Ukraynadan gələn vətəndaşlara yardım göstərmək üçün bu sərhəd keçid məntəqələrində qarşılama mərkəzi açıb", - deyə səfirliyin saytında bildirilir.

Qeyd edək ki, ABŞ yenidən həmvətənlərini Ukraynanı dərhal tərk etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.