Dünya

Putin Ukrayna məsələsində danışıqlara hazırdır

15 Fevral 2022 08:23
0 Şərh     Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafında vəziyyətlə bağlı danışıqlara hazırdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, qeyd edib ki, Rusiya rəhbəri həmçinin təhlükəsizlik zəmanəti ilə bağlı dialoqa hazırdır.

"Hər şeydən əvvəl Prezident Putin həmişə danışıqları və diplomatiyanı üstün tutur. Əslində, o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı olub. Ukrayna problemin yalnız bir hissəsidir. Ən böyük məslə Rusiya üçün daha çox təhlükəsizlik təminatıdır. Əlbəttə ki, Prezident Putin danışıqlara hazırdır", -deyə Peskov bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.