Dünya

Yaponiya da vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

12 Fevral 2022 09:18
0 Şərh     Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiya öz vətəndaşlarını qeyri-müəyyən vəziyyətə görə Ukraynanı tərk etməyə çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə Fumio Kisida bildirib.

"Biz proqnozlaşdırıla bilməyən vəziyyətə görə Yaponiya vətəndaşlarını Ukraynanı tərk etməyə çağırırıq. Gələcəkdə hadisələrin inkişafına uyğun qərar veriləcək", deyə hökumət başçısı bildirib.

Kisida eyni zamanda hökumətin Ukrayna ətrafındakı vəziyyətlə bağlı Böyük yeddilik ölkələri ilə sıx təmasda olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.