Dünya

Fransa Prezidenti Azərbaycanın 8 erməni hərbçini Ermənistana geri qaytarmasından danışıb

8 Fevral 2022 07:25
0 Şərh     Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıram. Bizim böhran mərkəzi hərbçilərin qaytarılması üçün təyyarə təşkil edib".

Bunu Fransanın Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla videoformatda keçirilən görüşdə itkin düşmüş şəxslərlə bağlı məsələ qaldırılıb:

"Bu da stabillik elementidir. Rusiya hərbçilərinin Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik zamanı oynadığı vacib rolu yüksək qiymətləndirirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.