Dünya

“Fransa və Rusiya təhlükəsizlik zəmanətləri üzərində birgə işləmək barədə razılığa gəliblər” - Makron

8 Fevral 2022 07:15
0 Şərh     Baxış: 442
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqları mənalı adlandırıb və təhlükəsizlik təminatları üzərində birgə işləmək barədə razılığa gəldiyini açıqlayıb.

"Avropada sabitliyin və təhlükəsizliyin yeni nizamını təmin etmək üçün birgə işləmək arzusundayıq", - Makron bildirib.

Makron hesab edir ki, Avropada sabitlik və təhlükəsizliklə bağlı sazişlərə yenidən baxılması Avropa ölkələrinin ziyanına olmamalıdır.

"Mən düşünmürəm ki, yeni şərtlərin formalaşması sazişlərə və ya fundamental prinsiplərimizə qismən yenidən baxılması və ya Avropa dövlətlərinin hüquqlarının pozulması yolu ilə baş verməlidir. Rusiya 30 ildir qüvvədə olan müqavilələrə yenidən baxmaq istəyir. Qitəmizin təhlükəsizliyi bizdən keçmişin səhvlərindən qaçmağı tələb edir. Ötən illər ərzində Rusiya ilə qurulan strateji və tarixi dialoq irəliləyişə kömək edə bilər".

O, həmçinin vəziyyəti yumşaltmaq üçün yaxın həftələrdə ortaq mövqelər tapmağın zəruriliyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.