Türkiyənin Antalya şəhərində yerləşən "Saklıkent" xizək mərkəzində güclü qar nəticəsində tavanın çökməsi nəticəsində 8 nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, jandarma qüvvələri, obyektin işçiləri və turistlər zərərçəkənləri dağıntılar altından çıxarıblar.
Mərkəzə Fövqəladə Halların Qarşısının Alınması və Yardım İdarəsinin (AFAD) qrupları və tibb işçiləri cəlb edilib.
Yaralılar helikopterlə Akdeniz Universiteti Xəstəxanasına aparılıb.
Məlumat üçün bildirək ki, "Saklıkent" xizək mərkəzi Antalya vilayətinin Konyaaltı bölgəsində Beydağları silsiləsində yerləşir.
Milli.Az