Dünya

Böyük Britaniya Estoniyadakı qoşunlarının sayını iki dəfə artıracaq

5 Fevral 2022 08:53
0 Şərh     Baxış: 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Estoniyaya 850 hərbçi göndərməklə, NATO-nun döyüş qrupundakı kontingentini ikiqat artıracaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Estoniyadakı səfiri Ross Allen deyib.

"Hazırda hərbçilər göndərilmək üçün hazırlaşırlar. Bu, təxminən 850 əsgərdir. İlk əsgərlərin bu ay gəlməsini planlaşdırırıq", - deyə səfir bildirib.

Onların ölkədə qalacaqları müddət hələlik məlum deyil.

"Bəlkə iki ay. Bəlkə üç ay. Bu, regionda təhlükəsizlik vəziyyətinin nə dərəcədə ciddi olmasından asılı olacaq", - deyə Ross Allen bildirib.

Eyni zamanda, Macarıstan öz ərazisində NATO qoşunlarını yerləşdirməkdən imtina edib.

Bundan əvvəl "Teleqraf" qəzeti yazıb ki, Böyük Britaniya və ABŞ Ukrayna ətrafında gərginliyin artması fonunda Şərqi Avropaya əlavə qüvvələr yerləşdirə bilər. Nəşrin məlumatına görə, onlar "Hazırda Baltikyanı ölkələr və Polşada yerləşdirilən qabaqcıl döyüş qrupları kimi" Rumıniya, Bolqarıstan və Macarıstana hərbi personalı köçürmək istəyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.