Dünya

Polşada ABŞ-ın hərbi mövcudluğu daha da genişlənə bilər

4 Fevral 2022 23:30
0 Şərh     Baxış: 666
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Amerikanın Polşadakı hərbi mövcudluğunun daha da genişlənməsini istisna etmək olmaz".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Zbiqnev Rau Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenlə görüşdən sonra Vaşinqtonda keçirdiyi brifinqdə bildirib.

ABŞ-ın Polşaya 1700 əsgər göndərməklə məhdudlaşacağı ilə bağlı sualı cavablandıran Rau, belə sözlər səslənmədiyini qeyd edib. "Bu prosessin son olacağını istisna etmirəm" deyə nazir bildirib..

Polşa XİN rəhbərinin sözlərinə görə, onlar ABŞ dövlət katibi ilə NATO-nun şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.