Dünya

Ermənilər Rusiyanı ölkələrinə təhlükə kimi görür - SORĞU

3 Fevral 2022 20:12
0 Şərh     Baxış: 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ermənistanın təhlükəsizliyinə ən çox təhdid törədən ölkələrin reytinqində 3-cü pillədə qərarlaşıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə IRI İnstitutunun Ermənistanda apardığı sorğuların nəticələri göstərir.

Respondentlərin fikrincə, Ermənistana ən böyük təhdidi Türkiyə (88%) və Azərbaycan (81%) törədir. Rəyi soruşulanların 15%-i Rusiyanı siyasi, 17%-i isə iqtisadi baxımdan təhlükə hesab edir.

Türkiyə üçün bu göstərici müvafiq olaraq 90% və 68%, Azərbaycan üçün isə 77% və 52% olub.

Bununla belə, 57% Ermənistan vətəndaşı Rusiyanı əsas siyasi müttəfiq adlandırıb. Növbəti yerlərdə Fransa (50%) və ABŞ (38%) qərarlaşıb.

Respondentlərin 61% Rusiyanı, 40% İranı və 29% isə Çini əsas iqtisadi tərəfdaş sayır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.