Dünya

ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır

3 Fevral 2022 08:18
1 Şərh     Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatları administrasiyası təhlükəsizliklə bağlı məsələlərdə Rusiya tərəfi ilə konstruktiv diplomatik əməkdaşlığa sadiqdir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Enn Nyuberqer bildirib.

"Biz diplomatiyaya sadiqik. Rusiya hakimiyyəti ilə dialoqa, onların narahatlığını dinləməyə hazırıq" deyə o bildirib.

Nybergerin sözlərinə görə, Ukrayna ətrafında yaranmış hazırkı vəziyyətdə səbəbkar Rusiyadır.

Qeyd edək ki, son zamanlar qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.