Dünya

Nəqliyyat sıxlığının ən çox olduğu şəhərlər açıqlandı

2 Fevral 2022 21:54
0 Şərh     Baxış: 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq naviqasiya şirkəti "TomTom" nəqliyyat sıxlığının ən çox müşahidə olunduğu şəhərlərin siyahısını hazırlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hesablamalar dünyanın 57 ölkəsinin 416 şəhəri üzrə aparılıb.

Siyahıda ilk sırada 54 faiz sıxlıqla Rusiyanın paytaxtı Moskva şəhəri yer alır. İkinci yerdə Hindistanın Mumbay, üçüncü sırada isə Kolumbiyanın Boqoto şəhərlərinin adları çəkilir. Filippinin paytaxtı Manila isə 4-cü pillədə qərarlaşıb.

Nəqliyyat sıxlığı baxımından İstanbul dünyanın beşinci, Avropanın isə ikinci şəhəri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.