Dünya

Tokayev müddətdən artıq prezident olmayacaq

29 Yanvar 2022 19:39
0 Şərh     Baxış: 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev konstitusiya ilə müəyyən edilmiş iki müddətdən artıq dövlət başçısı olmayacağını bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, bu barədə "Xabar 24" kanalına müsahibəsində deyib.

"Mən bilmirəm nə qədər müddət Qazaxıstanın Prezidenti olaraq qalacağam, lakin bir məsələdə əminəm ki, bu, hazırkı konstitusiyanın müəyyən etdiyi iki dəfədən artıq müddəti keçməyəcək. Daha doğrusu hansısa qanunun, xüsusilə də konstitusiyanın dəyişdirilməsi baş verməyəcək", - Prezident vurğulayıb.

Qazaxıstanın dövlət başçısı eks-prezident Nursultan Nazarbayevın imtiyazları ilə bağlı hər hansı sövdələşmə aparılmadığını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.