Dünya

Kartof çıxarmaq üçün torpağı qazdı: Üzləşdiyi mənzərə təəccübləndirdi - VİDEO

30 Yanvar 2022 00:22
0 Şərh     Baxış: 3 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni Zelandiyada bağda təsərrüfat işləri ilə məşğul olan cütlük maraqlı hadisə ilə üzləşiblər.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, onlar torpağı qazarkən bir neçə santimetr dərinlikdə kartof aşkar ediblər. Cütlük kartofu çıxartmaq üçün torpağı qazarkən heyrətə gəliblər. Onların bağında yetişən kartofun ağırlığı 7,8 kiloqram olub. Məlum olub ki, kartof öz-özünə böyüyərək belə həcm alıb.

Bu hadisə cütlüyü rekordun sahibi də edə bilər. Torpaqdan çıxarılan tərəvəzin kartof olduğu rəsmi formada təsdiq edilsə, bu dünyanın ən böyük kartofu olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.