Dünya

Stoltenberq: “NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək”

28 Yanvar 2022 21:45
0 Şərh     Baxış: 1 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək. NATO-nun kollektiv təhlükəsizliklə bağlı Vaşinqton sazişinin 5-ci maddəsi üzv ölkələrə şamil edilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu açıqlama ilə NATO-nun Baş katibi Yens Stoltenberq onlayn konfransda çıxış edib.

"NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək. 5-ci maddə partnyor ölkəyə münasibətdə tətbiq edilə bilməz. NATO-nun öz ərazisini mühafizə etməsi ilə Ukraynaya hərbçi hazırlığında kömək etməsi və silah göndərməsini dəqiq fərqləndirmək lazımdır, deyə Baş katib əlavə edib.

"Rusiya öz sərhədlərində daha az NATO qüvvəsi görmək istəyir. Halbuki, Ukraynaya hücum olacağı təqdirdə bunun tam əksi baş verəcək", - deyə Stoltenberq vurğulayıb.

NATO rəhbəri bildirib ki, Alyans Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla həllinin tərəfdarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.