Dünya

Bu ölkənin yeni pasportlarında komiks qəhramanları əks olunub - VİDEO

28 Yanvar 2022 19:12
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçikada yerli komikslərin təsvirlərini əks etdirən yeni pasportlar təqdim edilib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Belçikanın ən məşhur komiks seriyasından olan təsvirlər viza və ya sərhəd keçid möhürləri üçün nəzərdə tutulan pasportun 34 səhifəsi üçün fon kimi istifadə olunacaq.

Həmçinin, pasportun birinci səhifəsində Tentenin (Tintin) Aya uçduğu qırmızı raket əks olunub.

XİN-dən bildirilib ki, pasportun etibarlılığını artırmaq və onun saxtalaşdırılmasını çətinləşdirmək üçün komikslərdəki şəkillərdən istifadə olunub. 2007-ci ildəki pasportlarla müqayisədə yeni sənədin təhlükəsizlik elementlərinin sayı 24-dən 48-dək artırılıb.

Qeyd edək ki, Belçikada pasportdan yalnız xarici səfərlər üçün istifadə olunur. Ölkə daxilində isə yalnız plastik şəxsiyyət vəsiqəsi tətbiq edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.