Dünya

İtaliyada bu gün də prezident seçə bilmədilər

26 Yanvar 2022 23:45
0 Şərh     Baxış: 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün keçirilən seçkilərdə səsvermənin üçüncü turunda da ilk iki turda olduğu kimi nəticə əldə edilməyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, Nümayəndələr Palatasından isə 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü "Böyük Seçki Məclisi" səsvermənin üçüncü turu üçün bu gün yenidən toplaşıb.

Üçüncü turda da heç bir namizəd ilk iki turda olduğu kimi lazımi səs sayına (673 səs) çata bilməyib.

Hazırkı Prezident Sercio Mattarella 125, Quido Krosetto 114, hüquqşünas Paolo Maddalena 62 səslə ən çox səs toplayıblar. Boş bülletenlərin sayı isə 412 olub.

Yanvarın 27-də səslərin yarıdan çoxunu, yəni, 505 səs yığan namizədin prezident seçiləcəyi səsvermənin dördüncü turu keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.