Dünya

Hindistanda tələbələri daşıyan avtobus körpüdən aşdı

25 Yanvar 2022 23:59
0 Şərh     Baxış: 1 194
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Maharaştra ştatında 7 nəfər səyahət etdikləri avtomobilin körpüdən aşması nəticəsində ölüb.

Həyatını itirənlər yerli tibb kollecinin tələbələridir, regional parlament deputatının oğlu da onların arasında olub.

İlkin məlumata görə, avtomobili idarə edən tələbələrdən biri idarəetməni itirib. Avtomobil böyük hündürlükdən çaya düşüb, ölənlərin meyitlərini çıxarmaq üçün azı üç saat vaxt lazım olub.

Səlahiyyətlilər qəzada həlak olanların ailələrinə 200 min rupi (təxminən 2,6 min dollar) ayrılacağını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.