Dünya

NATO Aralıq dənizində təlimlərə başlayır

22 Yanvar 2022 07:25
0 Şərh     Baxış: 288

NATO Aralıq dənizində ABŞ-ın "Harry Truman" təyyarədaşıyan gəmisinin iştirakı ilə böyük hərbi təlim keçirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

O, "Neptun-22" adlı təlimlərin plana uyğun keçirildiyini vurğulayıb.

"Harry Truman aviadaşıyıcı həmlə qrupu NATO-nun əməliyyat nəzarəti altına alınacaq və o çoxdan planlaşdırılan təlimin mərkəzi elementi olacaq", - Kirbi bildirib. Onun sözlərinə görə, manevrlər zamanı hərbçilər "uzaq mənzilli zərbələr" və sualtı qayıqlara qarşı döyüş texnikalarını işləyəcəklər.

Yanvarın 24-ü başlayacaq və fevralın 4-dək davam edəcək təlimlərdə daha bir neçə NATO ölkəsi iştirak edəcək, lakin Pentaqonun sözçüsü onların adlarını açıqlamayıb.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics