Dünya

“Kim gizlənmədisə, mən günahkar deyiləm” - Tokayev

21 Yanvar 2022 22:40
0 Şərh     Baxış: 1 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Birbaşa dövlət dəstəyi alan şirkətlər dövlətdən alınan vəsaitlərin istifadəsinə dair hesabat verməlidirlər".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev iş adamları ilə görüşündə deyib. O, "nəhəng biznes"in dövlətə vergi ödəmədiyini bildirib: 

"Əlimizdə xüsusi qurumların məlumatları var. Onlar göstərir ki, gəlirli "nəhənglər" müxtəlif bəhanələrlə vergiləri tam ödəməkdən yayınırlar. Mən baş nazirə tapşırıram ki, nəhayət, bu problemlə məşğul olsun və xəzinəni ona çatacaq vəsaitlə təmin etsin. Əks halda, sərt tədbirlər olacaq. Uşaq oyununda deyildiyi kimi: kim gizlənmədisə, mən günahkar deyiləm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.