Dünya

Məşhur idmançının meneceri təcavüzdə ittiham olundu

10 Yanvar 2022 12:54
0 Şərh     Baxış: 1 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur rusiyalı qaydasız döyüş üzrə idmançı Aleksandr Yemelyanenkonun meneceri Azamat Bostanov zorlamada ittiham olunub.

Milli.Az REN TV-ə istinadən xəbər verir ki, polisə 30 yaşlı qadın müraciət edib və bildirib ki, kişi mənzildə ona hücum edib, zorlayıb və döyüb. Hazırda da ağır xəsarətlərlə xəstəxanadadır. Həkimlər qadına qabırğasının sınığı, döş qəfəsinin ciddi zədələnməsi, çoxsaylı qançırlar və sıyrıqlar diaqnozu qoyublar. Telekanalın məlumatına görə, Bostanov onu polisə xəbər verən rusiyalı qadınla çoxdan tanışdır - kişinin sosial şəbəkələrdəki səhifələrində birgə şəkillər var. Şübhəli şəxs saxlanılıb.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.