Dünya

Trudodan ulduzlara: Məsuliyyətsiz axmaqlar

10 Yanvar 2022 02:32
0 Şərh     Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadanın məşhur bloger və şou ulduzları Meksikaya uçan təyyarədə təşkil etdikləri Yen il şənliyində pandemiya qaydalarını kobud şəkildə pozublar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, artıq onların dönüş reysi ləğv edilib. Digər aviaşirkətlər də sözügedən şəxsləri ölkəyə gətirməkdən imtina ediblər.

Qayda pozuntusuna görə sərnişinlərin hər birindən 5000 dollara qədər cərimə tələb edilib.

Kankun şəhərində eniş edən sərnişinlərdən birinin isə COVİD-19 testi müsbət çıxıb.

Kanadanın Baş naziri Castin Trudo şənlikdə maska taxmayan və pandemiya qaydalarına əməl etməyən məşhurları məsuliyyətsiz axmaqlar adlandırıb:

"İnsanların tamamilə məsuliyyətsiz şəkildə özlərinin, vətəndaşların və aviaşirkət işçilərinin həyatını təhlükəyə atması üzə şillə kimi dəyir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.