Dünya

İtaliyada vaksinasiyadan keçməyənlər 100 avro cərimə olunacaqlar

7 Yanvar 2022 22:04
0 Şərh     Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada 50 yaşdan yuxarı insanlar üçün COVID-19 infeksiyası əleyhinə məcburi peyvənd öhdəliyini nəzərdə tutan qaydalar çərçivəsində vaksinasiyadan keçməyənlər 100 avro cərimə olunacaqlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qaydalar cari il fevralın 1-dən qüvvədə olacaq. Peyvənd öhdəliyinə əməl etməyən bütün şəxslərə (işləyənlər və qeyri-işçilər) birdəfəlik cərimə sanksiyasına Gəlirlər Agentliyi nəzarət edəcək.

Yaşı 50-dən az olan bütün işçilər (dövlət və özəl) və frilanserlər üçün gücləndirilmiş "Yaşıl keçid kartı" öhdəliyi isə fevralın 15-dən qüvvədə olacaq.

Öhdəliyi pozaraq iş yerinə gələnlərə 600 avrodan 1500 avroya qədər cərimə nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.