Dünya

Papa Fransisk ev heyvanlarını sevənləri eqoist adlandırdı - FOTO

7 Yanvar 2022 11:40
0 Şərh     Baxış: 884
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Papa Fransisk ev heyvanlarını sevənləri eqoizmdə günahlandırıb. Belə ki, onuin sözlərinə görə, onlar ev heyvanları saxlayırlar, lakin ailə qurmaq və uşaq sahibi olmaq istəmirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Vatikanın rəhbəri bildirib ki, uşaqları ev heyvanları ilə əvəz etmək insanları alçaldır və insanlıqdan məhrum edir.

O, əlavə edib ki, insanlar analıq və atalıq dəyərlərini qorumaqdan imtina edirlər ki, bu da sivilizasiyanın sonuna səbəb ola bilər.

"Bu gün biz eqoizmin belə bir formasını müşahidə edirik - bəzi insanların uşaq sahibi olmaq istəmədiyini görürük. Bəzən onlarda biri olur, amma uşaqları əvəz edən itlər və pişiklər də var", - deyə o, qeyd edib.

Roma Katolik Kilsəsinin rəhbərinin sözlərinə görə, əgər ər-arvad bioloji səbəblərə görə uşaq sahibi ola bilmirlərsə, övladlığa götürmək barədə düşünməlidirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.