Dünya

“Silahı yerə qoymayanlar məhv ediləcək” - Qazaxıstan DİN-dən xəbərdarlıq

6 Yanvar 2022 20:55
0 Şərh     Baxış: 1 610
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qazaxıstan Daxili İşlər Nazirliyi onların silahı yerə qoymaq tələblərinə müqavimət göstərənlərin məhv ediləcəyini açıqlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan"a DİN-dəki mənbə bildirib.

"Silahların yerə qoyulması ilə bağlı qanuni tələblərə silahlı müqavimət göstərildiyi halda, onlar (iğtişaşların iştirakçıları - red.) məhv edilir", - agentliyin məlumatında ​​deyilir.

Qeyd olunur ki, Qazaxıstanın vilayətlərində polis və Milli Qvardiya dəstələrinin patrul xidməti gücləndirilib, nəzarət-buraxılış məntəqələri yaradılıb, hüquq-mühafizə orqanlarını pozan şəxslər və cinayətkarlar müəyyən edilərək saxlanılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.