Dünya

“Etirazçılar hərbçiləri döyüb və ələ salıblar” - Tokayev

5 Yanvar 2022 21:35
0 Şərh     Baxış: 1 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Almatıdakı iğtişaşların iştirakçıları hərbçiləri döyüb və ələ salıblar".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu xalqa ikinci müraciətində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. 

"Etirazçılar izdihamı hərbçiləri döyür, məsxərəyə qoyur, onları küçədə lüt gəzdirib, qadınları təhqir edir, mağazaları qarət edirlər. Vəziyyət Almatı şəhərinin bütün sakinlərinin təhlükəsizliyini təhdid edir", - deyə Tokayev qeyd edib. 

Onun sözlərinə görə, polislər arasında ölənlər və yaralananlar var. Eyni zamanda, Tokayev hərbçilərə və hüquq-mühafizə orqanlarına təşəkkür edib.

"Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm", - prezident deyib.

O, hakimiyyətin qanun pozucularına münasibətdə mümkün qədər sərt davranacağını vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.