Dünya

Nyu-Yorkda xəstəxanaya yerləşdirilən COVID xəstələrinin sayı iki dəfə artıb

2 Yanvar 2022 21:46
0 Şərh     Baxış: 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-York əyalətindəki xəstəxanalarda koronavirus xəstələrinin sayı son on gündə demək olar ki, iki dəfə artıb.

Bu barədə ştat qubernatorluğundan məlumat verilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 2022-ci il yanvarın 1-nə olan məlumata görə, hazırda dövlət xəstəxanalarında 8451 nəfər koronavirus xəstəsi var (bir gündə bu rəqəm 532 nəfər artıb). Cəmi on gün əvvəl isə bu rəqəm 4 452 nəfər olub.

Qeyd edək ki, son həftələrdə Nyu-York koronavirusun "Omikron" ştammının yayılma mərkəzlərindən birinə çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.