Dünya

Afrikada koronavirusdan ölüm sayı kəskin artıb

29 Dekabr 2021 17:18
0 Şərh     Baxış: 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 20-26-da Afrikada koronavirus xəstələri arasında ölüm sayı 72 faiz artaraq 44,6 minə çatıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bütövlükdə dünya boyu sözügedən göstərici 4 faiz azalıb. Bununla belə, koronavirisdan ölənlərin sayı Şimali və Cənubi Amerikada 7 faiz, Cənub-Şərqi Asiyada da 9 faiz artıb.

Eyni dövrdə koronavirusa 5 milyona yaxın yoluxma qeydə alınıb ki, bu da 11 faizlik artım deməkdir. O cümlədən Şimali və Cənubi Amerikada yoluxma sayı 39 faiz, Afrikada 7 faiz artsa da, qalan regionlarda azalıb, yaxud əvvəlki səviyyədə qalıb.

Xatırladaq ki, pandemiya dövründə dünyada 282,2 milyondan artıq insan koronavirusa yoluxub ki, bunların 5,4 milyondan çoxu dünyasını dəyişib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory