Dünya

Çində robot-elektromobillər buraxılacaq

28 Dekabr 2021 09:30
1 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Baidu"-"Geely" müştərək müəssisəsi 2023-cü ildə robotlaşdırılmış elektrik avtomobilləri istehsal edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, istehsal prosesi "Jidu Auto" birgə müəssisəsi tərəfindən həyata keçiriləcək.

"Baidu" şirkətinin baş direktoru Robin Linin sözlərinə görə, robot-elektromobillərin kütləvi istehsalına 2023-cü ildən etibarən başlanacaq.

7,7 milyard dollar investisiya hesabına başa gələn layihənin reallaşdırılmasına 2500-dən 3000-ə qədər işçi cəlb ediləcək.

Qeyd edək ki, robotlaşdırılmış elektromobillər öz süni intellekt sisteminə əsaslanaraq, əksər hallarda sürücünün müdaxiləsi tələb olunmadan müstəqil şəkildə qərarlar qəbul edir. Bu elektromobillər ilk baxışdan emosiyalarla təchiz edilmiş robot təəssüratı yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.