Dünya

İran "omikron"-a görə quru sərhədlərini bağlayır

25 Dekabr 2021 19:21
0 Şərh     Baxış: 829
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştamına yoluxma hallarının artmasına görə quru sərhədlərini bağlayır. Bu haqda qərarı İranın Koronavirusla Mübarizə Qərargahı qəbul edib. Bildirilib ki, İranın Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədləri bu gündən etibarən 15 gün müddətinə qapadılır. Diqqətə çatdırılıb ki, pandemiya başlayandan bəri İranın Türkmənistanla quru sərhədləri bağlıdır. Qadağa təhsil və ticarət (biznes) vizası olanlara, iş, müalicə və investisiya sənədləri olanlara şamil olunmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.