Dünya

Bu ölkənin prezidenti və baş nazirinin şəxsi məlumatları SOSİAL ŞƏBƏKƏDƏ YAYILDI

24 Dekabr 2021 11:48
0 Şərh     Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Albaniyada prezident və baş nazir də daxil olmaqla yüz minlərlə vətəndaşın şəxsi məlumatları oğurlanaraq sosial şəbəkədə yayılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda vətəndaşların adları, fotoları, iş yeri və gəlirləri barədə məlumatlar yer alır.

Yerli media 700 mindən çox şəxsin məlumatlarının ələ keçirildiyini bildirir. Ən çox narahatlıq doğuran məqam hərbçilər və xüsusi xidmət orqanlarının əməkdaşları barədə məlumatların yayılmasıdır.

Ölkənin baş prokuroru bildirib ki, heç bir server kiberhücuma məruz qalmayıb. Məlumatlar məqsədyönlü şəkildə, serverlərə çıxışı olan əməkdaşlar tərəfindən paylaşılıb. Artıq dövlət qurumlarının serverləri ciddi nəzarətə götürülüb.

Qeyd edək ki, ötən apreldə parlament seçkilərinə bir neçə gün qalmış milyon nəfərdən çox seçicinin şəxsi məlumatları internetdə yayılsa da, indiyədək heç kim cəzalandırılmayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.