Dünya

Qazaxıstanda ölüm hökmü ləğv olundu

23 Dekabr 2021 14:06
0 Şərh     Baxış: 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanda ölüm hökmü ləğv olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, ölkə parlamentinin yuxarı palatası olan Senat bununla bağlı qanun qəbul edib.

Qanunvericiliyə edilən dəyişikliklə Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm hökmü çıxarılıb. Bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq.

Belə ki, buna 2021-ci ilin yanvarında Qazaxıstan BMT-nin "Ölüm cəzasının ləğvinə yönəldilmiş mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakta İkinci Fakültətiv protokol"unu ratifikasiya etdikdən sonra zərurət yaranıb. Senat da qərarın yaşamaq hüququnu təmin etməyə kömək edəcəyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.