Dünya

Günəş yaxınlığında 70-dən çox planet aşkarlanıb

23 Dekabr 2021 08:34
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər Günəş yaxınlığında 70-170 arası planet aşkar ediblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Avropa Cənub Rəsədxanasının (ESO) mətbuat xidməti "Nature Astronomy" elmi jurnalına istinadən məlumat yayıb.

Ölçüsü və kütləsi baxımından Yupiterlə müqayisə edilə bilən yalançı planetlər istənilən ulduz sistemindən uzaqda yerləşən göy cisimləridir.

Son illərdə ulduzlararası mühitin Yerə ən yaxın bölgələrində astronomlar dəqiq mənşəyi və təbiəti hələ aydın olmayan bir neçə həddindən artıq tutqun və soyuq göy cismi müəyyən ediblər. Bəzi astronomlar onları bir sıra mürəkkəb qravitasiya qarşılıqlı təsirləri nəticəsində öz ulduz sistemlərindən atılan böyük planetlər hesab edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.