Dünya

Çinin bu şəhərində küçəyə çıxmaq qadağan olundu

23 Dekabr 2021 08:57
1 Şərh     Baxış: 576
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinan Sian şəhərində koronavirusa yoluxma hallarının kəskin artması səbəbilə insanların küçəyə çıxması qadağan edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yeni qərara əsasən, vacib təlabatı qarşılamaq məqsədiylə hər evdən yalnız bir nəfər küçəyə çıxa bilər.

Bundan başqa, uzaq məsafə üzrə hərəkət edən sərnişin avtobuslarının və təyyarələrin hərəkəti də dayandırılıb.

İşə getməsi zəruri olmayan işçilərin onlayn rejimdə çalışmasına dair çağırış edilib.

Qeyd edək ki, 13 milyon əhalinin yaşadığı şəhərdə idman zalları, əyləncə məkanları və kinoteatrların da fəaliyyəti müvəqqəti olaraq qadağan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.