Dünya

Omicron iştahasızlıq yaradır - VİDEO

19 Dekabr 2021 10:12
0 Şərh     Baxış: 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İştahasızlıq Omicron ştamı ilə yoluxmanın simptomlarından biri ola bilər".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Britaniyanın "Daily Express" nəşri ZOE tibb şirkətinin mütəxəssisləri və London Kral Kollecinin analitiklərinin araşdırmasına istinadən məlumat yayıb.

Mütəxəssislər burun axması, baş ağrısı, yorğunluq, asqırma və boğaz ağrısını Omicron ştamı infeksiyasının ən çox müşahidə edilən simptomları ilə əlaqələndiriblər.

Tədqiqatçılar bildirib ki, yeni növə yoluxanların yalnız 50%-i koronavirusun klassik simptomları hesab edilən qızdırma, öskürəkdən şikayətlənib.

Elm adamları, həmçinin, koqnitiv disfunksiyanı qeyri-adi simptomlar kimi sıralayıblar ki, bu da tez-tez Omicrona yoluxmuş insanlarda baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.