ABŞ-nin baş infeksionisti Entoni Fauçi də COVİD-19-un yeni variantı ilə bağlı narahatlığını ifadə edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, mütəxəssis hesab edir ki, hazırda "omicron" koronavirusun bütün variantlarının ən yoluxucusudur.
Fauçi bildirib ki, son 3 həftədə yoluxmalar yenidən artmağa başlayıb, bu göstərici orta hesabla hər 3 gündən bir 2 dəfə artır. Onun hesablamalarına görə, "omicron" yaxın zamanda ABŞ-da dominant ştam olacaq. Hələlik ölkədə dominant ştam "delta" olaraq qalır.
Milli.Az