Dünya

Böyük Britaniya ilə Avstraliya arasında sərbəst ticarət sazişi imzalanıb

18 Dekabr 2021 08:08
0 Şərh     Baxış: 386
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Krallıqla Avstraliya arasında imzalanan azad ticarət sazişi hər 2 tərəfin qarşılıqlı güzəştlərini nəzərdə tutur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yeni qanun Krallığın Asiya-Sakit Okean regionunda daha geniş iştirakına imkan verəcək.

Sənədi Britaniyanın Baş naziri Boris Conson və onun avstraliyalı həmkarı Skot Morrison imzalayıblar. Bu, Londonun Breksitdən sonra imzaladığı ən böyük sazişdir.

Yeni sənədə görə, ölkələr arasında ticarət dövriyyəsi 10 milyard funt sterlinq artırılacaq və bunlar bütövlükdə gömrük rüsumundan azad olacaq

Böyük Britaniya artıq Yaponiya və Yeni-Zelandiya ilə oxşar saziş imzalayıb. Avropa İttifaqı ilə saziş yeniləndikdən sonra ittifaqa üzv olmayan Norveç, İslandiya və Lixtenşteynlə analoji sənədlər imzalanıb. Hindistan və 6 körfəz ölkəsi ilə müvafiq müqavilələrin hazırlanması üçün danışıqlar ötən həftə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.