Dünya

Erotik romanlar müəllifi ilə evlənən keşişə cəza verildi: Bunları edə bilməyəcək

15 Dekabr 2021 16:18
0 Şərh     Baxış: 1 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Yepiskop Konfransı erotik romanların müəllifi ilə evlənməyə qərar verən ölkənin ən gənc yepiskopuna cəza tətbiq edib.

Milli.Az The Guardian-a istinadən xəbər verir ki, bəyanatda deyilir ki, Solsonanın fəxri yepiskopu Xavyer Novella-Qoma Barselona əyalətinin Suriya şəhərində Dona Silvia Kabalol-i-Klemente ilə dünyəvi nikahda olub. Bundan irəli gələrək, kanon qanunlarına görə, Novellaya hər hansı kilsə ayinlərini yerinə yetirmək və katolik kilsəsi adından dərs vermək qadağandır. Rəsmi açıqlamada o da qeyd olunur ki, Novella hələlik yepiskop kimi saxlanılır.

Xavyer Novella 2010-cu ildə İspaniyanın ən gənc yepiskopu kimi 40 yaşında təyinat alaraq şöhrət qazanıb. O, din xadimi olanda abort, eynicinsli nikah və evtanaziyanın barışmaz əleyhdarı sayılırdı. Novella həmçinin şeytan çıxarma sessiyaları keçirib və Kataloniyanın İspaniyadan müstəqilliyini müdafiə edib.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.