Dünya

Milad ağacında Yeni il sürprizi: Ölümcül təhlükəli ilan hər kəsi qorxutdu - VİDEO

15 Dekabr 2021 13:30
4 Şərh     Baxış: 1 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 ildi Cənubi Afrikada yaşayan britaniyalı ailənin Milad bayramı son anda faciəyə çevrilməyib.

Belə ki, yeni təqvim ili münasibəti ilə quraşdırılan və bəzədilən Milad ağacında ən zəhərli ilanlardan biri aşkarlanıb. Özü də bəzəmə işlərində evin balacaları - altı yaşlı Saxara və 11 yaşlı Edvard da iştirak edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 55 yaşlı Robun sözlərinə görə, bütün işlər bitdikdən sonra həyat yoldaşı Marsela ağaca narahat halda və diqqətlə baxan pişikləri göstərib, sonra özü də nə baş verdiyini anlamaq üçün küknara yaxınlaşıb. Bu zaman isə düz ona doğru nəhəng bir ilanın baxdığını görüb və qışqırıb.

Artıq iki saatdan sonra ilan ovçusu sürünəni tuta bilmişdi, ancaq ev sahibinin sözlərinə görə, bu onların həyatının ən uzun saatları olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.