Dünya

Türkiyədə bu il 2631 terrorçu zərərsizləşdirilib

14 Dekabr 2021 23:52
0 Şərh     Baxış: 482
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi və ordu komandanları ilə birlikdə 14-cü İnsansız Uçuş Sistemləri (İUS) Baza Komandanlığına gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, baza komandirindən fəaliyyətlə bağlı məlumat alan və müvafiq tapşırıqlar verən Akar daha sonra şəxsi heyətə müraciət edərək Türkiyənin həssas bir dövrdən keçdiyini, qeyri-müəyyənlik, risk, təhlükə və beynəlxalq qeyri-sabitliyin günü-gündən artdığını bildirib.

Nazir, həmçinin terrorla mübarizə əməliyyatlarına toxunaraq bu ilin əvvəlindən zərərsizləşdirilən terrorçuların sayının 2631-ə çatdığını vurğulayıb.

O, bəyan edib ki, bu mübarizə son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.