Dünya

Koreya müharibəsinin başa çatdığı rəsmi şəkildə elan oluna bilər

14 Dekabr 2021 10:54
0 Şərh     Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreya Prezidenti Mun Çje İn bildirib ki, Çin, ABŞ, Şimali Koreya və Cənubi Koreya Koreya müharibəsinin rəsmi şəkildə başa çatmasını elan edə bilərlər.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, Cənubi Koreya liderinin sözlərinə görə, hazırda bu istiqamətdə danışıqlar başlamayıb. Şimali Koreya isə ABŞ bu ölkəyə qarşı "düşmən siyasət"indən əl çəkəcəyi halda danışıqlara başlamağa hazırdır.

"Biz deklarasiya üzrə müzakirə və ya danışıqlar üçün masa arxasına keçə bilərik. Ümid edirik ki, danışıqlar başlayacaq", - deyə o bildirib.

Xatırladaq ki, 1950-1953-cü ildə baş vermiş Koreya müharibəsi sülh sazişi ilə nəticələnməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.