Dünya

Tbilisidə COVID pasportları əleyhdarları aksiya keçirib

13 Dekabr 2021 10:42
1 Şərh     Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə yüz nəfər COVID pasport əleyhdarı Tbilisidə mitinq keçirib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, etirazçılar əvvəlcə Respublika meydanına toplaşıb, daha sonra hökumət binasına tərəf keçiblər.

Nümayişçilər hesab edirlər ki, onların hərəkatı nəticə verir. Çünki məhz bunun nəticəsində respublikanın Səhiyyə Naziri Yekaterina Tikaradze dekabrın 9-da istefa verib.

Etirazçılar vaxtaşırı aksiyalar keçirəcəklərini və hökumət yaşıl COVID pasportları ləğv edənə qədər nümayişləri dayandırmayacaqlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.