Dünya

Peyvənd olunmamaq üçün inanılmaz üsula əl atdı

9 Dekabr 2021 08:24
0 Şərh     Baxış: 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyada vətəndaş COVİD-19-a qarşı peyvənd olunmamaq üçün qeyri-adi üsula əl atıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 50 yaşlı İtaliya vətəndaşı vaksinasiya mərkəzinə silikon qolla gəlib.

Maraqlı hadisə Turin yaxınlığındakı Biella şəhərində baş verib.

Ciddi karantin tətbiq edilməsini və peyvənd olunmamışların ictimai-iaşə obyektlərinə buraxılmamasını nəzərə alan 50 yaşlı italyan, peyvənd məntəqəsinə gələrək bütün sənədləri doldurub və köynəyinin qolunu qaldırıb.

Bu zaman tibb bacısı onun qolunda damarın olmadığını görüb. İtaliyalı kişi çıxılmaz vəziyyətdə qaldığı üçün, əvvəlcə bunun zarafat olduğunu qeyd edib. Lakin bu, inandırıcı olmayıb və o, peyvənd mərkəzindən qaçıb. Buna baxmayaraq, polis onun tapıb və peyvənddən boyun qaçıran şəxsi böyük məbləğdə cərimə gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.