Dünya

Kubada Omicron ştamına yoluxma aşkarlanıb

9 Dekabr 2021 08:43
0 Şərh     Baxış: 453
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kubalı həkimlər yerli vətəndaşlardan birində koronavirusun Omicron ştamı aşkar ediblər.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkənin qərbində yerləşən Pınar del Rio əyalətində yaşayan şəxs noyabrın 27-də ezamiyyətdə olduğu Mozambikdən gəlib.

Ertəsi gün qızdırma və boğaz ağrısı şikayətləri ilə həkimlərə müraciət edib. Koronavirus üçün test verib və cavabı müsbət olub. Yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib. Əlavə araşdırmalardan sonra həkimlər həmin kişidə Omicron ştamının olduğunu təsdiqləyiblər.

Xəstə ilə təmasda olan ən azı 16 nəfər təcrid olunub.

Rəsmi məlumatlara görə, pandemiyanın başlanğıcından indiyədək Kubada 963 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb, 8 311 nəfər ölüb, 954 mindən çox xəstə sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.