Dünya

Aİ ölkələrinin hərbi xərcləri ARTIB

7 Dekabr 2021 21:54
0 Şərh     Baxış: 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqına (Aİ) daxil olan ölkələr 2020-ci ildə müdafiə sahəsində təxminən 200 milyard avro (225 milyard dollar) xərcləyib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə Aİ-yə üzv ölkələrə hərbi imkanlarını inkişaf etdirməyə kömək edən Avropa Müdafiə Agentliyinin hesabatında deyilir.

Bu, hesabatın dərc edilməyə başladığı 2006-cı ildən etibarən ən yüksək göstərici hesab edilir.

Müdafiə xərcləri Aİ-nin 26 dövlətinin iqtisadi məhsulunun 1,5%-ni təşkil edib.

Aİ üzvlərinin əksəriyyəti də NATO-nun bir hissəsidir, lakin lazım gəldikdə ABŞ-dan asılı olmayaraq hərəkət etmək istəyir. Bəzi ölkələr "Avropa ordusu" ideyasını irəli sürsə də, layihəyə qarşı çıxan dövlətlər var. Agentliyin hesabatında o da bildirilir ki, üzv ölkələrin birgə silah proqramlarına qoyduğu investisiyalar 2019-cu illə müqayisədə 13% azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.