Dünya

Azərbaycan ABŞ-dan sonra 2-ci yerdədir

5 Dekabr 2021 23:43
1 Şərh     Baxış: 8 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-noyabr aylarının nəticələrinə görə, Türkiyədən ən çox silah, sursat və hərbi texnika alan ölkələr arasında Azərbaycan ikinci yeri tutur.

Milli.Az bildirir ki, ilin əvvəlindən bəri Türkiyə müdafiə və aviasiya sənayesi məhsularının ixracatını ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,7 faiz artıraraq 2,73 milyard dollara çatıb.

Türkiyənin istehsal etdiyi silah və hərbi texnikanın əsas alıcısı 1,32 milyard dollarlıq göstərici ilə ABŞ-dır.

Azərbaycan 192,1 milyon dollarlıq göstərici ilə 2-ci yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.