Dünya

Zelenskinin açıqlaması Kremli qəzəbləndirdi: “Bu, Rusiya üçün təhlükədir”

2 Dekabr 2021 21:24
1 Şərh     Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna-Rusiya gərginliyi ilə bağlı açıqlama verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin Krımla bağlı son açıqlamalarına münasibət bildirib.

"Zelenski parlamentdəki çıxışında bildirib ki, Krımın qaytarılması Ukraynanın əsas məqsədi və fəlsəfəsi olmalıdır. Biz bunu Rusiya üçün birbaşa təhdid kimi görürük. Bu bəyanatlar o deməkdir ki, Kiyev Rusiyanın bir hissəsinə təcavüz etmək üçün bütün mümkün vasitələrdən, o cümlədən gücdən istifadə etmək niyyətindədir", - Kremlin sözçüsü söyləyib.

Kiyevin Donbas problemini də hərbi yolla həll etmək cəhdlərini istisna etmədiyini qeyd edən Peskov bunun Moskvada narahatlıqla qarşılandığını deyib:

"Ukrayna hökumətinin çox aqressiv ritorika işlətdiyini və Donbasda təxribat xarakterli davranışlarını artdığını görürük. Bu o deməkdir ki, Ukrayna administrasiyası Donbas məsələsini hərbi yolla həll ssenarisini, yəni birtərəfli qaydada müstəqillik elan etmiş respublikalara qarşı hərbi addımları istisna etmir".

Zelenski dünən parlamentdə verdiyi açıqlamada Krımı geri almağı planlaşdırdıqlarını bildirib və Rusiya ilə birbaşa danışıqlar olmadan müharibəni dayandıra bilməyəcəklərini bildirib.

Donbas üçün isə Zelenski bunu deyib: "Donbası qaytarmaq istəyiriksə, bir-birimizlə həqiqəti danışmaqdan qorxmamalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.