Dünya

ABŞ Belarusa qarşı sanksiyalar tətbiq etdi

2 Dekabr 2021 20:05
Baxış: 711
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Belarusun dövlət borcuna qarşı sanksiyalar tətbiq edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Yeni sanksiya Amerika vətəndaşlarına "2021-ci il dekabrın 2-də və ya daha sonra Belarus Respublikasının Maliyyə Nazirliyi və ya Belarus Respublikasının İnkişaf Bankı tərəfindən 90 gündən çox müddətə verilmiş yeni borc öhdəlikləri" ilə əməliyyatlar aparmağı qadağan edib.

Yeni sanksiyalar paketinin bir hissəsi olaraq Xəzinədarlıq Departamenti bu qiymətli kağızların ABŞ-da dövriyyəsinə qadağa qoyub, lakin izah edib ki, hər iki strukturla digər qarşılıqlı əlaqəyə icazə verilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.