Hava

Bəzi yerlərdə zəif duman... - HAVA PROQNOZU

22 Mart 2020 12:48
9 Şərh     Baxış: 3 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 5-8° isti, gündüz  12-16° isti,

Bakıda  gecə 6-8° isti, gündüz  13-15° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz  55-65 % olacaq. 

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 4-9° isti, gündüz  15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.